Suriyada daha bir azərbaycanlı öldürülüb

Rauf Xəlilov ölməmişdən öncə Suriyada olarkən ailəsinə video-müraciət ünvanlayıb


 
Suriyada Əsəd rejiminə qarşı döyüşən daha bir azərbaycanlı öldürülüb.
ANS PRESS-in verdiyi məlumata görə, bu barədə mühacidlərə məxsus saytlar məlumat verib. Həmin şəxs Rauf Xəlilovdur. O, ötən ol Suriyaya döyüşmək üçün gedib. Rauf Xəlilov ölməmişdən öncə Suriyada olarkən ailəsinə video-müraciət ünvanlayıb. O, anasına müraciətində cihada qoşulduğunu və şəhid olacağını bəyan edib. Din xadimləri isə Suriyadakı müharibənin cihada aidiyyatı olmadığını deyirlər.