Moskvanın və Kaluqanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
APA-nın TASS-a istinadən məlumatına görə, bu barədə “Rosaviasiya”nın mətbuat xidməti məlumat yayıb.
Qərar mülki hava gəmilərinin təhlükəsizliyinin təmin edilməsi ilə izah olunub: “Məhdudiyyətlər əsasən paytaxtdakı “Şeremetyevo”, “Domodedovo, “Vnukovo”, “Jukovski”, eləcə də Kaluqada yerləşən hava limanında qüvvəyə minib”.
O da qeyd edilib ki, hava gəmilərinin ekipajları, aviasiya dispetçerləri və aeroportların müvafiq xidmətləri uçuşların təhlükəsizliyi üçün vacib olan bütün tədbirləri həyata keçirir.