Dünya və Avropa çempionu özünü 10-cu mərtəbədən atdı



Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Hadisə 8-ci mikrorayonda Əcəmi Naxçıvani küçəsində yerləşən yeni tikililərin birində qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisə şahidlərinin unikal.org-a verdiyi məlumata görə,1997-ci il təvəllüdlü İftixar Taleh oğlu Məhərrəmov anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Yaxınlarının dediklərinə görə, İ.Məhərrəmov Budo idman növü üzrə Dünya və Avropa çempionudur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində