AZAL təyyarə biletlərinin qiymətində artım məsələsinə aydınlıq gətirib

Məhərrəm Səfərli: "Dünya praktikasına uyğun olaraq rüsum qiymətlərində artım olub"

Azərbaycan "AZAL-da təyyarə biletlərinin qiymətində artım olmayıb”. Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ANS PRESS-ə mətbuata təyyarə biletlərinin qiymətinin artması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, təyyarə biletlərinin rüsum qiyməti artıb. "Dünya praktikasına uyğun olaraq rüsum qiymətlərində artım olub. Bunun isə biletlərin qiymətinə heç bir təsir etməyəcək. Hələlik təyyarə biletlərinin bahalaşacağı barədə heç bir söhbət yoxdur”, - deyə Məhərrəm Səfərli bildirib.