Hadisə Bu gecə Bakının Binəqədi rayonunda ər arvadını amansızcasına qətlə yetirib. Binəqədi Rayon Polis İdarəsi 40-cı polis bölməsindən ANS PRESS-ə verilən əmlumata görə Çiçək qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü Əbülfəz Hilal oğlu Məmmədov həyat yoldaşı 1986-cı il təvəllüdlü Günel Aslan qızı Məmmədovanı vəhşicəsinə döyüb. Başından, qarnından və döş qəfəsindən ağır zərbələr alan qadın xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Hadisənin qısqanclıq zəmnində baş verdiyi ehtimal edilir. Elə qısqanclıq üzündən cütlüyün bir-birilə mübahisə etdiyi bildirilir. Arvadını öldürən Ə.Məmmədov polis tərəfindən sxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.