Yanvarın 18-də axşam saatlarında Minvoddan Bakıya gələn təyyarədə nasazlıq yaransa da, bu, qısa müddətdə aradan qaldırılıb. Həmin təyyarə artıq Bakıdadır.
Heydər Əliyev adına Hava Limaninin məlumat mərkəzindən APA-ya verilən məlumata görə, təyyarə saat 23.10 radələrində Bakı aeroportuna enib.
Artıq təyyarənin sərnişinlərinin də aeroport ərazisini tərk etdikləri bildirilrilib.
Qeyd edək ki, "musavat.com” saytı Minvoddan Bakıya gələn təyyarədə nazasızlıq olması səbəbindən sərnişinlərin təyyarədən endirildiyini və uçuşun təxirə salındığını yazıb.
Məlumatda həmçinin təyyarədə Milli Məclisin beş deputatının da olduğu, sərnişinlərin geri qayıtması üçün əlavə təyyarə göndəriləcəyi bildirilmişdi.