Kiyevdə qan töküldü: xəsarət alanlar var

Maydanda avrointeqrasiya tərəfdarları ilə polisin “Berkut” xüsusi təyinatlıları arasında qarşıdurma olub



 Ukraynanın paytaxtı Kiyevdə dünzn yerli vaxtla saat 18:00 radələrindən etibarən avrointeqrasiya tərəfdarları ilə polisin "Berkut” xüsusi təyinatlıları arasında qarşıdurma olub.
Qarşıdurma paytaxtın mərkəzi küçələrində başlayıb və hələ də davam edir.
Polis nümayişçiləri dağıtmaq üçün dəyənəkdən, qaz qumbarasından və su şırnaklarından istifadə edib.
Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. Məlumata görə, axşam saatlarında Ukraynanın müxalifət liderlərinin Maydanda çıxışları başlayan zaman da insident yaranıb, onlara naməlum şəxslər tərəfindən hücum olub. (apa)
"UDAR” Partiyasının lideri Vitali Kliçko çıxışı zamanı aksiyalarda hökumət tərəfindən qarşıdurmanın yaradılması ilə bağlı təxribat olacağı barədə xəbərlər aldığını deyib və etirazçıları təxribata getməməyə çağırıb. O, çıxışını bitirib tribunadan enəndə hücumə məruz qalıb. Onun tərəfdarları ilə hücum edənlər arasında əlbəyaxa dava düşüb.
V. Kliçkonun və digər müxalif liderlərlərinin yüngül xəsarət aldığı da bildirilir.
Kiyevdə xüsusi təhlükəsizlik tədbirləri görülüb, Nazirlər Kabineti, Ali Rada və Prezident Administrasiyası xüsusi təyinatlılar tərəfindən ciddi nəzarətə götürülüb.