Şəkidə 28 yaşlı ailəli qadın körpüdən özünü çaya atdı

Arzu Qafarovanın hazırda vəziyyəti ağır qiymətləndirilir



Şəkidə 28 yaşlı qadın özünü körpüdən çaya atıb. Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə yanvarın 19-da səhər saatlarında rayonun Kiş çayı üzərindəki körpüdə baş verib. Şəki şəhəri, Şəkinski küçəsi ev 20, mənzil 9-da yaşayan, 1986-cı il təvəllüdlü Qafarova Arzu Eldar qızı özünü Kiş çayı üzərindəki körpüdən intihar etmək məqsədi ilə çaya atıb.
A. Qafarova aldığı ağır bədən xəsarətləri ilə dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Şəki MRX-dan APA-ya verilən məlumata görə, A. Qafarovanın hazırda vəziyyəti ağır qiymətləndirilir, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.
Ailəli olan qadının hansı səbəbdən intihara cəhd etməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Fakt bağlı Şəki prokurorluğu tərəfindən araşdırma aparılır.