Türkiyə-Suriya sərhədində partlayış: ölənlərin sayı 16-ya çatıb





Yanvarın 20-də Suriya-Türkiyə sərhədində baş verən iki güclü partlayış nəticəsində həlak olanların sayı 10-dan 16-a çatıb. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
İlkin məlumata əsasən, partlayışın məsuliyyətini «əl-Qaidə» terrorçu təşkilatı öz üzərinə götürüb.
Hadisə Babel Hava sərhəd-keçid məntəqəsində, Türkiyənin Cilvegözlü sərhəd-keçid məntəqəsinin qarşısında baş verib.
***
20.14
Dünən Suriya-Türkiyə sərhədindəki Babel Hava sərhəd-keçid məntəqəsi yaxınlığında 5 dəqiqəlik fasilə ilə iki güclü partlayış törədilib.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, avtomobillərlə törədilən partlayış nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb.
Yaralılar Türkiyəyə gətiriliblər.
Qeyd edək ki, Babel Hava sərhəd-keçid məntəqəsi Türkiyənin Cilvegözlü sərhəd-keçid məntəqəsinin qarşısında yerləşir.