“Zəngəzurun səsi” qəzetinin baş redaktoru cinayət başında yaxalandı




Bakıda saxta sənəd satan şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Zəngəzurun səsi” qəzetinin baş redaktoru, Bakı şəhər sakini Yavər Nuriyev paytaxt sakini Hüseynağa Məmmədova işləməsi barədə saxta əmək kitabçasını 1500 manata satarkən tutulub.
Araşdırmalar davam etdirilir.