Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və 28 may Respublika gününün yaxınlaşması ilə əlaqədar əfv məsələsi yenidən gündəmə gəlib. Sözügedən vaxtlarda əfvin olacağı ehtimal olunur.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı da "Şərq”ə açıqlamasında Monitorinq Qrupunun əfvlə bağlı ölkə başçısı İlham Əliyevə müraciət məktubu göndərdiyini deyib. Onun sözlərinə görə, əfv komissiyası il ərzində mütəmadi olaraq çalışır və fəaliyyətini dayandırmır: "Əfv fərmanının verilməsi birbaşa prezidentin səlahiyyətindədir. Ona görə də prezident istədiyi vaxt bu fərmanı imzalaya bilər”.
S.Bənənyarlı may ayında da əfv fərmanının verilməsinə ümidvar olduğunu söyləyib: "Bununla əlaqədar müraciət də etmişik. Müraciətdə adlarını yazdığımız bağışlanılması mümkün olan adamların əfv olunmasını cənab prezidentdən xahiş etmişik. Amma indidən konkret fikir bildirmək tezdir”.
Ayyət Əhməd