Aktau yaxınlığındakı təyyarə qəzasının araşdırılması üzrə komissiyanın statusu artırılıb.
Axar.az xəbər verir ki, bunu hökumət komissiyasına rəhbərlik edən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.
Baş nazirin müavini qeyd edib ki, bundan sonra komissiyaya nəqliyyat naziri Marat Karabayev rəhbərlik edəcək:
"Yəni biz bununla komissiyanın statusunu nazir səviyyəsinə qaldırırıq”.