Alimlər uzunmüddətli müşahidələrə əsaslanaraq müəyyən edib ki, insanın qan qrupu, heç demə, onun təkcə sağlamlığını deyil, bir çox hallarda həm də xasiyyətini müəyyən edir.
Moderator.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.
1-ci qan qrupu: insanın xasiyyəti
Hesab edilir ki, 1-ci qan qrupu olanlar ən yüksək energetik səviyyədədir, ona görə də dözümlüdür. Onlar əsl təbii liderdir, başqalarını heç bir problem olmadan arxasınca apara bilir. Lakin birinci qan qrupuna həm də çox vaxt azğın fırıldaqçılar da malik ola bilər.
Bunlar adətən özünəinamlı və təkəbbürlü adamlardır, lakin belə şəxsi keyfiyyətlər onlara inkişaf etməkdə kömək edir. 1-ci qan qrupu olanların kəskin mənfi cəhətlərindən qısqanclıq, həddən artıq lovğalıq və tənqidi ağrılı qəbul etməsini qeyd etmək olar.
2-ci qan qrupu olan insanların xasiyyəti necə olur?
Belə insanlar yüksək mənəviyyata malik, məqsədyönlü, əməksevərdir, hiyləgər deyil. Onlar öz sözlərində möhkəm olur, ona görə də siz onların vədlərinə əməl edəcəyinə əmin ola bilərsiniz. Onlar həm də hər şeydə sabitlik və qayda-qanuna dəyər verir. Belə insanlar öz işində çox mükəmməldir, hətta kiçik bir vəzifəni ideal icra etməyə cəhd göstərir. Ona görə də belələri ilə əməkdaşlıq etmək asandır.
Onlar güzəştə getməyə hazır olur, münaqişələri sevmir, dəqiqliyi və səliqəli olması ilə seçilir. Bu zaman onların qəlbində ehtiraslar tufanı coşur. Onlar öz emosiyalarını gizlətməyə cəhd etsələr də, əsəbilərini heç də həmişə cilovlaya bilmir. Bəzən narazılıqlarını dəf etmək üçün depressiyaya düşə və ya spirtli içkiyə qurşana bilər.
3-cü qan qrupu olan insanlar haqqında nə demək olar?
Belələri adətən əsl qapalı insanlardır, cəmiyyətə qatılmaq onlar üçün çətindir, ona görə də belələri tənhalığı üstün tutur. Eyni zamanda bu insanlar xüsusilə yaradıcılıq sahəsində çox istedadlıdır. Bu adamlarda intuisiya yaxşı inkişaf edib və gözəl fantaziyaları olur.
Onlar tez-tez qarşılarına qoyduğu məqsədlərə nail olur və öz istedadlarını gerçəkləşdirir. Ətrafdakılarda çox vaxt onların soquqqanlı və ətrafda baş verənlərə laqeyd olduğu təşsüratı yaranır. Lakin bu, daxildə coşan ehtirasları yalnız gizlədən maskadır. Belə insanlar dərdə şərik olmaq hissinə və kifayət qədər güclü energetikaya malikdir.
4-cü qan qrupu olan insanlar haqqında bəlli olanlar
Energetik cəhətdən belə insanlar hamıdan zəifdir. Lakin bu, onlara mane olmur və onlar çox vaxt gözəl təşkilatçılıq bacarığı nümayiş etdirir. Ətrafdakı insanlar belələrinə etibar edir, çünki onlar emosiyalara qapılmır və istənilən şəraitdə soyuq ağıl nümayiş etdirərək tarazlığını qoruyub saxlayır.
Bu insanlar çox vaxt şənlik təşəbbüskarı olur, səs-küylü kampaniyalarda olmağı xoşlayır. Bununla birlikdə, bu adamlar düşünülməmiş hərəkətlərə yol verir və tələsik qərarlar qəbul edir.