Yunanıstan Ukraynaya ABŞ istehsalı olan 24 ədəd “RİM-7 Sea Sparrow” raketlərini göndərir.
Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın “Ekathimerini” nəşri məlumat yayıb.
“Yunanıstan Ukraynaya 24 ədəd “Sea Sparrow” raketi verməyə razılaşıb”, - nəşr bildirib.
Məlumata görə, raketlər 40 ildir Yunanıstan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin inventarındadır.
Nəşr qeyd edib ki, raketlərlə yanaşı, Afina artilleriya mərmiləri, silah və sursatlar da göndərəcək.