AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində xəsarət alan Azərbaycanın üç vətəndaşı Aktaudan Vətənə göndəriləcək.
"Report"un xəbərinə görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onlar Aktaudan Azərbaycana yola salınacaq. Lakin dəqiq tarix açıqlanmayıb.