Qadın Ərdoğana “qocalıb” dedi – Türk liderin cavabı…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldan olan yaşlı qadının onun barəsində “qocalıb” sözlərinə yumorla cavab verib.

Axar.az “Bizim.media”ya istinadla xəbər verir ki, hadisə prezidentin Arnavutköydəki sosial şəhərciyin sakinləri ilə görüşü zamanı yaşanıb.

Qadınlardan biri Ərdoğanı əvvəlcə tanımayıb, daha sonra qarşısında kimin oturduğunu anlayıb. O, qışqıraraq Ərdoğan barədə, “Oh! Yaman qocalıb”, - deyib.

Türkiyə lideri bu sözlərə, “Kim yaşlanmır? Hamımız qocalırıq” deyə yumorla cavab verib.