“Ukrayna ilə strateji tərəfdaşlığa ümid edirik. Çünki Suriya və Ukrayna xalqlarının taleyi və yaşadığı çətinliklər oxşardır”.
APA “Reuters“ə istinadən xəbərinə görə, bunu adıçəkilən ölkənin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşdə bildirib.
“Təbii ki, oxşar taleləri yaşayan ölkələr və xalqlar bir-biri ilə münasibətləri daha da dərinləşdirməlidir. Bizim dövlətimiz 14 ildir müharibə şəraitindədir. Buna görə də xalqımız Ukraynanın üzləşdiyi münaqişəni çox yaxşı başa düşür”, o deyib.