Tramp cinsi təcavüzə görə 5 milyon dollar təzminat ödəyəcək
Yusif Nəzərli
21:59 30.12.2024
Dünya
681
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın E.Jean Kerroll adlı qadını zorlanmaq və təhqir edilməsi ilə bağlı məhkəmə heyətinin 5 milyon dollarlıq təzminat qərarı təsdiqlənib. Apellyasiya məhkəməsi işə yenidən baxılması barədə vəsatəti rədd edib.
Sherg.az xəbər verir ki, ABŞ 2-ci Dairə Apellyasiya Məhkəməsi Trampın məhkəmə heyətinin qərarına etirazı ilə bağlı qərarını açıqlayıb.
Apellyasiya məhkəməsinin yazılı qərarında “Trampın etiraz etdiyi rayon məhkəməsinin qərarında səhv etdiyinə dair heç bir işarənin olmadığı qənaətinə gəldik” İfadəsindən istifadə edilib. İş üzrə yeni məhkəmə araşdırmasına ehtiyac olmadığına qərar verildiyi də bildirilib.
Cinsi qısnama işində münsiflər heyəti Kerrolla 5 milyon dollar təzminat ödəməyə qərar verdikdən sonra Tramp sentyabr ayında apellyasiya şikayəti verib və hakimin məhkəmə zamanı “çoxlu səhvlərə yol verdiyini” iddia edib və işin yenidən araşdırılmasını istəyib.
Kerrollun Trampın cinsi təcavüzü inkar edərək onu təhqir etdiyi və böhtan atdığı əsası ilə açdığı başqa bir iddiada, seçilmiş prezidentə 83,3 milyon dollar təzminat ödəməsi əmri verildi.
81 yaşlı jurnal yazıçısı E. Jean Kerroll Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı Bergdorf Goodman mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirsə də, Tramp bu iddiaları rədd edib.
Tramp iki həftəlik dinləmələr nəticəsində Kerrollun 2023-cü ilin may ayında açdığı "zorlama və təhqir" işində məhkəmə heyəti tərəfindən günahkar bilinib və Carrolla 2 milyon dollarlıq cinsi əlaqəyə görə ümumilikdə 5 milyon dollar, təqib və böhtana görə isə 3 milyon dollar təzminat ödəməyə məhkum edilib.
İlk qanuni qələbədən sonra Kerroll Trampa qarşı qazandığı 5 milyon dollar təzminatdan əlavə 10 milyon dollarlıq ikinci “zərər təzminatı” iddiası qaldırdı və 6 sentyabr 2023-cü ildə hakim bu işdə yenidən Trampı məsul hesab etdi.
Yanvarın 16-da Nyu-Yorkda başlayan “zərərin təzminatı” işində 9 nəfərdən ibarət məhkəmə heyəti Trampın yanvarın 26-da 83,3 milyon dollar əlavə təzminat ödəməsinə qərar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm