Botoksa tez başlamayın: Dərini tez qocaldır
Yusif Nəzərli
19:09 30.12.2024
Sağlamlıq
485
Mimikalardan istifadə kiçik yaşlardan xüsusilə alında, qaşların arasında, göz və ağız ətrafında cizgilərin yaranmasına səbəb ola bilər. Botoks bu qırışların gələcək illərdə qalıcı olmasının qarşısını almaq üçün ideal bir tibbi müalicə üsuludur. Lakin botoksdan hansı yaş dövründə istifadə daha faydalıdır?
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, əksər insanlar ilk cizgiləri və qırışları 30 yaşların əvvəllərində görürlər. Lakin bu xətlər adətən 30 yaşın sonlarına qədər dərinləşmir. Ancaq mimika istifadəsi həddindən artıq olmasa belə, bu yaşda qaşlar arası və göz ətrafı xətlər daha çox nəzərə çarpa bilər. Genetik faktorlarla yanaşı günəş şüaları, spirt və siqaret istifadəsi fərdlərdə erkən yaşlarda qırışların yaranmasına səbəb ola bilər. Stress faktoru 30 yaşın əvvəlində olan insanlarda qırışların əmələ gəlməsində ən mühüm amillərdən biridir. Bu, stressin dərinin özünü sağaltmaq qabiliyyətini ləngitməsi ilə izah olunur. Ancaq botoks etdirərkən göz ətrafındakı qırışların təbii gülüşün ən vacib elementi olduğunu unutmamalı və təbiiliyi qoruyacaq dozanın vurulmasına diqqət edilməlidir.
Botoks düzgün tətbiq edildikdə, ümumiyyətlə, təhlükəsiz sayılan bir müalicə üsuludur, lakin həddindən artıq və ya yanlış tətbiq bəzi risklər yarada bilər. Botoks əzələləri müvəqqəti iflic edərək işlədiyi üçün tətbiq edilən bölgədə ağrı, baş ağrısı, əzələ zəifliyi və nadir hallarda allergik reaksiyalar kimi yan təsirlər meydana gələ bilər. Bundan əlavə, təcrübəsiz insanlar tərəfindən həyata keçirildikdə, asimmetriya və ya arzuolunmaz üz ifadələri kimi estetik problemlər yarana bilər. Buna görə də botoks tətbiqləri təcrübəli mütəxəssislər tərəfindən aparılmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət
Tramp: İran mediasının saziş layihəsinə dair yaydığı xəbər yalandır
19:25 12.06.2026
Dünya