Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Hakan Fidan PKK/YPG terror təşkilatının Suriyaya sığınmasına icazə verilə bilməyəcəyini vurğulayıb.
Qeyd edilib ki, Türkiyə XİN rəhbəri həmçinin Suriyanın yeni rəhbərliyinin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki səylərini dəstəklədiklərini bildirib.
Eyni zamanda H. Fidan Qəzzada daimi atəşkəsin təmin edilməsi üçün daha çox səy göstərilməli olduğunu bəyan edib.