Fransa prezidenti Ermənistana gedir

Fransua Ollandın Azərbaycan və Gürcüstana da səfəri gözlənilir



Fransa prezidenti Fransua Olland gələn ay Ermənistana səfər edəcək.
ANS PRESS-in məlumatına görə, Fransua Ollandın may ayının 12-də baş tutacaq səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyanla görüşü olacaq.
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland regiona səfəri çərçivəsində Ermənistana gedəcək. Prezidentin Azərbaycan və Gürcüstana da səfəri gözlənilir.