Rəqqasə Aytən : "1 saata 28 min dollar almışam"

“Namusumla, qeyrətimlə pul qazanıram”



 Rəqqasə Aytənin movqe.az-a verdiyi müsahibəni təqdim edirik.
- Türkiyə səfərindən yenicə qayıtmısız. Necə keçdi ?
- Türkiyə səfərim çox gözəl oldu. Demək olar ki, hər bir istəyimə nail oldum. Yeni rəqslərim üçün mahnılar hazırlanır. Mahnılarmın aranjımanı zamanı rəqqasə Asenanında mənə çox böyük köməkliyi oldu. 6 rəqs mahnım hazırlanıb. Orada hazır olan 6 rəqs mahnımdan 1-nə mart-aprel aylarında kilp çəkdirməyi düşünürəm. Həmin kilpdə tək rəqs edəcəyəm. Sadəcə Asenanın orda gösdərişləri olacaq. 2 professional rəqqasənin bir arada olması, məsləhətləşərək birgə iş görməsi çox gözəl alınar. Onunda məndən mənimdə ondan öyrənəcəyim çox şey var.
- Eşitdiyimə görə, Asena ilə birlikdə fotosessiyanız da olacaq...
- Bəli, bu Asenanın təklifidir. Düzdü həmin fotosessiyalarda açıq-saçıqlıq olacaq. Bu da normal bir şeydir. Çünki mən rəqqasəyəm. Rəqqasənin də paltarı açıq olur. 15 ildir bu sənətdəyəm və namusumla, qeyrətimlə, halal zəhmətimlə çörək pulumu qazanıram. Bu mənim sənətimdi. Pis iş görmürəm ki? Azərbaycanda ilk dəfə belə bir dillərə dastan olacaq fotosessiya ediləcək.
- Kilpnizdən sonra qınaq atəşnə tutuldunuz. Ümumiyyətlə qınaq sizi ruhdan salırmı ?
- Məni qınayanlar paxıl, içlərində qurdlu olan, məni gözügötürməyən insanlardır. Elə insanların da sözünü bir qulaqdan alıb, o biri qulaqdan buraxmaq lazımdı. Elə insanlara qulaq asmalı olsan ya gərək sənəti tullayasan, ya da ki, buradan baş götürüb çıxıb, gedəsən. Mən onlara qulaq asmıram. Nədən axı qınaq olmalıdır ? Bu oriental rəqsdir. İndi səhnədə oynayan bütün rəqqasələr oriental rəqsdən ora gəliblər. Bəziləri milli rəqs oynaya-oynaya gedib stollardan pul yığır. Amma mən heç öz rəqsimə yaraşdırmıram ki, gedim sutollardan pul yığım. Çünki hamı bilir ki, Aytən öz sənətini çox sevir.
- Asena ilə tanışlığınız necə olub ?
- Asena ilə 2 il yarıma yaxın tanışlığımız var. Rəfiqəyik. Mən Türkiyəyə gedəndə 3 gün oteldə qalıramsa, 5 gün Asenanın evində qalıram. Çünki özü bunu belə istəyir. Razı olmur mən oteldə qalım. Asenanın ərində olmayan şəxsi nömrəsi belə məndə var. Ancaq bu doğmalığımızın olmasına baxmayaraq onunla birlikdə çəkdirdiyim kilp hazır olmadığı üçün bu haqda heçnə demirdim, birlikdə çəkdirdiyimiz şəkilləri heç bir sosial şəbəkədə paylaşmırdım. Bizimkilərdə amma belə bir adət var ki, Türkiyəyə səfər edir, yolda, restoranda məhşur birini görüb şəkil çəkdirirlər. Sonrada həmin şəkli başqa adla, başqa məna ilə paylaşırlar. Amma mən belə şeyləri xoşlamıram. Onlar mənim şəklimi paylaşsınlar, mən niyə onların şəklini paylaşım ?
- Asenadan sonra hansı məhşuru klipnizdə görəcəyik ?
- Bu dəfə çox məhşur türkiyəli gənc, çox sevilən aktyoru klipimdə görəcəksiniz. Klip 2 hissəli olacaq. Birinci hissədə aktyorun yan üzü, ikinci hissədə isə kimliyi tam məlum olacaq. Aktyorun kimliyini icazə olmadığı üçün açıqlaya bilmərəm.
- Çağatay Ulusoy ?
- Yox, ondanda məhşur biridir. (gülür-red)
- Başqa türkiyəli rəqqasələrdən kiminlə yaxınlığınız var?
- Didəmlə də yaxınlığımız var. Amma mən onunla olan fotolarımı paylaşmıram. Çünki Asena çox yaxın rəfiqəmdi. Öldürər məni. (gülur-red)
- Demişdiniz ki, Türkiyə lahiyəmdən sonra toylarımın qiyməti 2 qat artacaq. Artım oldumu ?
- Bəli, artdı. Növbəti klipimdən sonra daha da artacaq. Və mən 3-cü klipimi Türkiyədə çəkdirəndən sonra Türkiyə şou-biznesnə qatılacam. Onsuzda kliplər kral tv-də yayımlanır. Çoxları burada deyir ki, gedib Türkiyədə 300 minə klip çəkdirdim. İnanın səmimiyyətimə yalan deyirlər. Türkiyədə ən bahalı klipi Tarkan çəkdirib. Oda 150 min avroya...
- Cazibədar xanımsınız. Bunun sirri nədədir ?
- Çoxsağolun. Ancaq cazibədarlıq məncə anadan gəlmə olmalıdır. Çəkicilik insanda doğuşdan olmalıdır. Mən indi nə qədər edim görürəm ki, sarı saç mənə yaraşmır. Bizim xanımlarımız hamısı çox gözəldir.
- Bəzən sizi ehtiraslı xanım kimi təqdim edirlər. Bu sizi narahat etmir ki ?
- Bəzən bu təqdimat heç də ürəyimcə olmur. Zəng edib həmin sayt rəhbərlərinə şikayətimi bildirirəm və bir daha müsahibə vermirəm. Bəzən yazırlar ki, " Rəqqasə Aytənin seksi şəkilləri yayıldı " girib baxıram ki, adi şəkillərimdi. Hətta şərh yazan oxucular da bildirir ki, bunda seksilik nə var ?
- Əslində xaricdə qadınlar seksi sözünü kompiliment kimi qəbul edirlər...
- Düzdü bilirəm. Onlarda seksi qadın cəlbedici qadın deməkdi. Və onlar hər qadına da seksi qadın demirlər. Bizimkilər hansı hava ilə deyirlər o hava ilə oynayırıq.
Amma yenə də olmur. Özümü demirəm. Məsələn Aygün Kazımova bu gün konsert versin 200 manata biletini alıb getməzlər. Amma Şakira gəlsin və bileti 1000 manat da olsa bizimkilər alıb gedər, yer də olmaz. Əvvəl özümüzkülərə qiymət verməliyik, hörmət etməliyik. Xanımlarımızın içərisində seksi də olacaq, gözəli də, çirkini də...
- Səhnəyə yarıçılpaq çıxan qadınlara münasibət heç də birmənalı olmur. Bəs sizə qarşı əksər vaxtlar münasibət necə olur ?
- Biz avropalışmışıq. Bizim xanımlar indi necə istəyir elə də geyinir. Onların geyiminə ailəsi, atası qarışa bilər. Bu gün toylarda bəzən gəlinlərin geydiyi geyimlə öz geymimi müqayisə edirəm və görürəm ki, mən onların yanında örtülü geyinmişəm. Hələ mən rəqqasəyəm. Əgər yaraşırsa niyədə olmasın. Əgər 90 kiloluq adam mini ətək geyinirsə o zaman onu söysələr də, təhqir də etsələr haqları var.
- Bəs sizin özünüzə necə?
- Mənim ailəm qəbul edirsə başqalarının sözünə qulaq asmıram. Əgər başqalarının fikrini önəmsəyən olsam o zaman mən 15 ildi bu sənətdə olmazdım.
- İştirak etdiyiniz toylarda masaya yaxınlaşan zaman heç görmüsünüzmü ki, qadınlar qısqanclıq göstərsinlər?
- İndilərdə yox. Amma qabaqlar olub. Oriental rəqsi hər bir ailə qəbul etməz. Mənim rəqsim müasir, elit toylar üçündü. Elit ailələr bu rəqsi bilir. Mən durum, gedib hansısa rayonda oriental oynayım, vallah başa düşən olmayacaq. Bağlı geyinsəm də başa düşməyəcəklər. Bu rəqs ayrı dünyadı. İşim də şükür Allaha super gedir.
- Toya nə qədərə gedirsiniz ?
- 5 rəqs üçün 1000 manat... Hardasa 20 dəqiqə çəkir. Eləsi olur deyir ki, Aytən xanım mən 2 rəqs istəyirəm, olar bir az ucuz olsun. Facebookda qız fanatlarım var. Yazırlar, xahiş edirlər nə olar 600 olsun 2 rəqsə... Onların da ürəyni qıra bilmirəm. Ancaq banketlərim olur ki, qiymət baha olur.
- Ən çox nə qədər qonarar almısız ?
- 1 saata 28 min dollar almışam. Moskvada bir toy var idi. Hörmət edib, dəvət etmişdilər. Şabaş gəlib. 3-4 min manat başıma şabaş atıblar. Əvvəllər şabaşı sinə arasına qoyurdular. Ancaq mənim paltarlarımın sinəsi elədir ki, ora pul qoymaq olmur.
- Rəqqasə üçün ən vacib 3 şərt nədir ?
- Rəqqasənin ilk növbədə fiqurası yerində olacaq. İkinci rəqsi. Rəqsin gözəlliyi rəqqasədən aslıdı. Rəqqasənin elə ayaqları ola bilər ki, o rəqsi öldürər. Amma gözəl bədəni olan kimsə üzərində çalışarsa gözəl rəqqasə ola bilər. 3-cü səhnə geyimin gözəl olmalıdır. Son variant da əlavə edim ki, oriental rəqsin gözəlliyi stollara yaxınlaşmaqdır. Bu pis bir şey deyil. Sadəcə mən adıma və reklamıma görə stollara yaxınlaşmıram. Tərbiyəsizlik etmirlər ki, öz zəhməti ilə pul qazanırlar.
- Eşitdiyimə görə bir övladınız var.
- Şəxsi məsələlərə toxunmayaq. Ailəli olub ayrılmışam. İndi sevdiyim insan var. Sevgisiz yaşamaq mümkün deyil. Hər qadının həyatında biri olmalıdı. Ələxsusda mənim. Uşaq deyiləm ki... Mənim 24-25 yaşım yoxdu axı...Özümə görə yaşım var. Neçə illərdir həyatımda hörmət etdiyim, sevdiyim bir insan var.