"Mən prezidentdən xahiş edirəm ki, ölkədəki hasarlar sökülsün”.
Bunu Milli Məclisin deputatı Zahid Oruc bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda çox hündür hasarların çəkilməsi insanları sanki təcrid edir: "Nəinki dənizin kənarında, indi istənilən yerdə elə hasarlara rast gəlirsən ki, sanki bu adamlar hamıdan qorxaraq ətrafına sədd çəkib”.
Milli Məclisin vitse spikeri Bahar Muradova Zahid Orucun təklifinə münasibət bildirərək deyib: "Zahid Oruc hər zaman original təkliflər verən millət vəkilidir. Mən bunu çox müsbət qiymətləndirirəm. Amma hər xalqın özünəməxsus adət-ənənəsi olduğu kimi hasarların tikilməsi də bizdə ənənə halını alıb. Əsas odur ki, insanların qəlblərində hasarlar olmasın. Həyətyanı ərazidəki hasarlar insanların yaxınlığı üçün o qədər də böyük problem deyil”.