Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, görüşdə Rusiya-Azərbaycan münasibətləri, MDB regionunda baş verən hadisələr və Dağlıq Qarabağ konfliktinin həlli yolları müzakirə olunub.
Mətbuata qapalı keçirilən görüş Rusiya Xarici İşlər Nazirliyində baş tutub.
Qeyd edək ki, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Xarici işlər nazirləri məhdud çərçivədə və geniş tərkibdə görüşlər keçiriblər.