Rus deputat Zəngəzurun Azərbaycana qaytarılmasını tələb etdi

"Krımın Rusiyadan ayrılaraq Ukraynaya verilməsi də ədalətsizlik olub"



 "Krım Rusiyanın qədim torpağıdır. Nikita Xruşşovun SSRİ-yə rəhbərlik etdiyi dövrdə Krımı Rusiyadan ayıraraq Ukraynaya verməsi ədalətsizlik idi. Necə ki, vaxtilə Zəngəzurun Ermənistana verilməsi ədalətsizlik olub".
Bu barədə Azərbaycan parlamentinin deputatı, Rus İcmasının rəhbəri Mixail Zabelin "Media forum” saytının suallarını cavablandırarkən bildirib.
"Biz öz qədim ərazilərimizi - Zəngəzuru, Qarabağı qaytarmaq istəyirik” deyən deputat Dağlıq Qarabağla Krım arasında müqayisə aparmağın qeyri-mümkün olduğunu bildirib: "Krım hər zaman Rusiya ərazisi olub. Dağlıq Qarabağ da həmişə Azərbaycan ərazisi olub. Əgər Rusiya Krım məsələsini bu şəkildə qoyub problemi həll etdisə, biz də bu qaydada torpaqlarımızı qaytara bilərik. Yəni bu hadisə bizim xeyrimizədir”,- deyə Mixail Zabelin Rusiyanın Krımı ilhaq etməsinə rəy bildirib.