Naxçıvan Muxtar Respublikasında daha bir ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 20-də saat 04 radələrində Babək rayonu Vayxır kəndinin ərazisində rayon sakini Rövnəq İsmayılov idarə etdiyi "VAZ 21074” markalı avtomobili kanala aşırıb.
Sürücü və sərnişinləri - Babək rayon sakinləri Sunay İsmayılov və Hüseyn Məmmədov hadisə yerində ölüb, xəsarət almış digər sərnişin Sahil Allahverdiyev xəstəxanaya yerləşdirilib.
Araşdırmalar aparılır.
Qeyd edək ki, aprelin 19-da Şərur rayonunda avtomobilin aşması nəticəsində 2 nəfər dünyasını dəyişmişdi.