İranın hərbi gəmiləri Bakıya gəlib - VİDEO





Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak etmək məqsədi ilə İran Hərbi Dəniz Qüvvələrinin "Peykan” və "Cövşən” raket katerləri iyulun 25-də Bakıya gəlib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.