Bakıda toz-dumanlı hava neçə gün davam edəcək? - RƏSMİ MƏLUMAT





Bakı və Abşeron yarımadasında toz-dumanı müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən "Sherg.az"a verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb. 

Buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.


Qeyd edək ki, atmosferdə müşahidə olunan toz 27 iyul 2018-ci il tarixinədək davam edəcək.