NABRANDA DƏHŞƏT: Bir ailədən 4 nəfər öldü - YENİLƏNİB





Nabranda dənizdə batan bir ailənin 4 üzvünün adları açıqlanıb.

"Sherg.az" FHN-nin saytına istinadən xəbərinə görə, Böhran əziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub. Qocayeva Aysel Əfqan qızının cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun cəsədləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.

***

17:35

Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.