2 nəfər lotereyada 27 milyon dollar uddu



Kanadanın iki sakini milli lotereyada 27 milyon dollar udub.

Sherg.az report.az-a istinadən bildirir ki, bu barədə CTV məlumat yayıb.

Telekanalın xəbərinə görə, onlardan biri Ontario vilayətində, digəri isə Kvebek əyalətində yaşayır. Bildirilir ki, qaliblərdən hər biri 13,4 milyon dollar alacaqlar.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Kaliforniya ştatının sakini lotereyada 522 milyon dollar udub.