Türkiyə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi





BMT Təhlükəsizlik Şurasının 2015-2016-cı illər üçün müvəqqəti üzvlüyünə seçkilər keçirilib. Musavat.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Anqola, Venesuela, Malaziya və Yeni Zellandiya quruma müvəqqəti üzv seçiliblər.
Ən gərgin mübarizə Türkiyə və İspaniya arasında gedib. Ölkələrdən heç biri ilk iki turda səslərin 2/3-sini qazana bilməyib. Üçüncü turda İspaniya 132 ölkənin dəstəyini qazanıb və Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Türkiyə isə cəmi 60 səs ala bilib.