Paris Olimpiadası başladı

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarına start verilib.

Sherg.az Axar.az-a istinadən  xəbər verir ki, açılış oyunları futbol matçları ilə başlayır. Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək.

Bu gün daha iki oyun keçiriləcək. Saat 21:00-da İraq-Ukrayna, saat 23:00-da isə Fransa-ABŞ yığmaları münasibətlərini aydınlaşdıracaqlar.

Qeyd edək ki, Paris Olimpiadasının rəsmi açılış mərasimi iyulun 26-da Sena çayında təşkil ediləcək.

Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.