Deputatlığa namizədliyi təsdiq olunanlardan 395-i siyasi partiya nümayəndələridir

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Deputatlığa namizədliyi irəli sürülən nəfərdən 999 namizədliyi təsdiqlənib, onlardan 911 nəfərə imza vərəqi verilib. İndiyə qədər 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

MSK sədri onu da qeyd edib ki,namizədliyi təsdiq olunan 999 nəfərdən 395-i siyasi partiyaların nümayəndələridir