İranın keçmiş prezidentinə sui-qəsd cəhdi oldu

İranın keçmiş prezident Mahmud Əhmədinejada qarşı sui-qəsd cəhdi baş tutmayıb.

Sherg.az Axar.az-a istinadən  xəbər verir ki, hadisə Mahmud Əhmədenejad və həyat yoldaşı Zəncana səfərə yola düşərkən baş verib.

Məlumata görə, təhlükəsizlik xidmətinin başçısı qaydalara uyğun olaraq, avtomobilin qabaq oturacağında oturub. Maşını yoxladıqdan sonra o, Mahmud Əhmədinejada başqa avtomobildə oturmasını məsləhət görüb. Kərəc-Qəzvin avtomobil yolunda “Toyota Lənd Kruzer” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Həmin maşında Əhmədinejad olmayıb. Orada keçmiş prezidenti müşayiət edən bir neçə şəxs olub.

Maşın yoldan çıxaraq üç dəfə aşıb və “Pejo” avtomobili ilə toqquşub. Bir sərnişin yaralanıb.