Survivor yarışmacısı nəsli kəsilməkdə olan quşu yedi!

Amerikada Survivor yarışmasının iştirakçılarından olan Spenser Corry Cons  adlı şəxs ölkənin əksər hissəsində nəsli kəsilmiş Veka quşunu ovlayaraq yeyib.

Sherg.az xəbər verir ki, İkinci mövsümü Yeni Zelandiyada çəkilən proqramda iki nəfərlik doqquz komanda təbiətə buraxılaraq 500 min dollarlıq baş mükafat uğrunda mübarizə aparıb.

Yarışma iştirakçılarından biri, daha çox öz yeməyini ovlamaqla məşğul olan Spenser təbiətin qoruma altında olan Veka quşunu öldürüb.

Yerli media və proqramdan olan görüntülərə görə, Cons quşu öldürərkən onun qorunduğundan xəbərdar olub.

Məlumata görə, müsabiqə iştirakçısı "axmaq" səhvə yol verdiyini və aclığa hazır olmadıqlarını bildirib.

"Mənim yemək yeməyə çox böyük ehtiyacım var, məndə "sadəcə qaydanı pozmaq" fikri var idi, bəli, bunun bir qayda olduğunu bilirdim, amma ac olanda bunun əhəmiyyəti yox idi" deyib.

Cons, komanda yoldaşı Oliver Dev ilə birlikdə proqramın 8-ci bölümündə diskvalifikasiya edilib.

Yeni Zelandiyanın Mühafizə Nazirliyi yarışmaçılarda yorğunluq və şiddətli aclıq vəziyyətini əsas gətirərək şirkətə və iştirakçıya yazılı xəbərdarlıq edib.

Uça bilməyən və maraqlı quş növü olan Veka, dəyişən iqlim şəraiti və yırtıcıların sayının artması səbəbindən Yeni Zelandiyada böyük ölçüdə yox olub.