Ceyranbatan kanalında 14 yaşlı uşaq batıb

Ceyranbatan kanalında 14 yaşlı yeniyetmə çimərkən boğulub.

"Report" un yerli bürosu məlumat verir ki, 2010-cu il təvəllüdlü Mirzəyev Sübhan Ramiz oğlu Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hazırda onun axtarışlarını davam etdirir.