Ermənistan: islahat butaforiyası və ya hakimiyyətin can verməsi





"Kaspiy” qəzeti Ermənistanda baş verən son proseslərə dair təhlili yazı ilə çıxış edib.

Həmin yazının tərcüməsini müəyyən istisarlarla təqdim edirik:

Ermənistanda oktyabrın 24-də keçirilməsi nəzərdə tutulan növbəti ümumrespublika mitinqinə hazırlıq gedir. Ermənistan KİV-də hakimiyyət və müxalifət nümayəndələri arasında qızğın müzakirələr gedir, ötən mitinqə rəhbərlik edən partiyaların yüksək vəzifəli nümayəndələrinin fikirləri ifadə olunur, müxtəlif variantlar irəli sürülür...

Lakin bütün bunları birləşdirən yeganə fakt var - hamı Ermənistanın gələcəyini Sarkisyan və onun əyalət komandası olmadan təsəvvür edir.

Öz siyasi hoqqabazlıqları ilə ölkəni ifrat dərəcədə mənəvi köhnəlik, iqtisadi zəiflik və demoqrafik fəlakət vəziyyətinə salan hakim dəstə, bununla belə, xalqın rifahı naminə öz islahatçı fəaliyyəti barədə illüziya yaratmağa çalışır.

Onlar sonun yaxında olduğunu hiss edərək öz yaltaq əyanlarını xaricə göndərərək hər vəchlə hakimiyyətin ömrünü uzatmağa çalışır, həmçinin özlərinə xas riyakarlıqla xalqı axmaq yerinə qoymaq üçün əllərindən gələni edirlər.

Amerikanın Abramyana etinasızlığı

Ölkədə vətəndaşların etiraz və narazılıqlarının baş qaldırdığı, minlərlə insanın Sarkisyan hakimiyyətinə öz etirazını bildirməkdən ötrü ümumrespublika mitinqində iştirak etmək üçün İrəvandakı meydana toplaşdığı bir vaxtda, onun komandasının əsas simalarından biri olan Abramyan öz patronunun yanında olmalı idi.

Lakin baş nazir Ovik Abramyanın tapşırığı başqa cür oldu. O təcili olaraq Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirilən illik plenar iclasında iştirak etmək üçün ABŞ-a uçdu. Amma, bir qayda olaraq konfranslar, beynəlxalq forumlar və bu qəbildən olan başqa tədbirlər dövlət səviyyəsində görüşlər keçirmək üçün yaxşı bəhanədir.

Ancaq nə yazıq ki, Ermənistan tarixində ilk dəfə olaraq onun ABŞ-a gəlmiş baş nazirini ölkə rəhbərləri qəbul etmədilər. Bundan əlavə, səfirlikdə təşkil olunan qəbula bu ölkənin dövlət katibi müavinlərindən birinin köməkçisi gəldi.
Təbii ki, burada təəccüblü heç nə yoxdur. Ermənistan xarici siyasətinin tam olaraq iflasa uğradığı göz qabağındadır. Dünyanın aparıcı dövlətləri öz rəhbərlərinin simasında rəsmi İrəvana qarşı çox soyuq yanaşırlar.
Sarkisyan özünə qarşı bu münasibəti hələ Soçidə üç prezidentin görüşündə açıq şəkildə hiss etmişdi. Eyni şey Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın İrəvana səfəri zamanı da təkrarlanmışdı.

Növbəti fırıldaq

Əgər xaricdə alınmayıbsa, bəlkə növbəti dəfə əriştəni yoxsul və ac vətəndaşların qulağına yeritmək alındı?
Və budur, təsadüfi hakimiyyətə gələnlər artıq xalqa onları haqlayan bəlalardan xoşluqla yaxa qurtarmağı təklif edirlər. Konstitusiya islahatları - budur acından köpən ermənilərə ən lazımlı şey.
Erməni KİV-nin məlumatlarından belə məlum olur ki, Ermənistan Prezidenti yanında Konstitusiya islahatları üzrə peşəkar komissiya dövlətin əsas qanununun islahatlar konsepsiyasını təsdiq etdi.
Hakimiyyətin planlarına görə, Serj Sarkisyan konsepsiyanı müzakirə etmək məqsədilə siyasi partiyalarla məsləhətləşmələr aparmağa təşəbbüs göstərməlidir.
Bu ərəfədə, parlamentin hakimiyyətin dəyişməsi tələbəni irəli sürən müxalifət qüvvələri Ermənistanda Konstitusiyanın dəyişdirilməsinə heç bir ehtiyacın olmadığını bildirərək dəfələrlə bu müzakirələrdə iştirakdan imtina ediblər.
Lakin hakimiyyət Venesiya Komissiyası ilə öz görüşlərinin yekunlarından kişilənərək heç kimə lazım olmayan konstitusiya islahatlarına əsas qazandırmağa çalışır.

Qırğıdan sərçəyə

Növbəti mitinq yaxınlaşdıqca Sarkisyan və onun komandası daha çox təşvişə düşməyə başlayır. Cinayətkar dəstənin sıralarında nizamsızlıq müşahidə olunmaqdadır.
Mətbuatda hakimiyyət nümayəndələrinin ictimaiyyəti şoka salan fikirləri öz əksini tapır. Xüsusilə də müdafiə naziri Seyran Ohanyan daha çox nəzərə çarpır.
Erməni mətbuatının məlumatına görə, hərbi hissələrdən birində olarkən nazir zabitlərdən birini əsgərlərlə kobud rəftarına görə sərt tənqid edib. Onun sözlərinə görə, Azərbaycan tərəfi həmişə bildirib ki, Ermənistan Ordusunda vəziyyət çox kədərlidir.

Ermənistanın bütün problemlərinin kökündə məhz işğal amili durur ki, bu da əhalinin ölkəni tərk edərək qaçmasına gətirib çıxarır və təsadüfən yaranan erməni dövləti karton evlər kimi məhv olub gedəcək.

Bütün bunlar Ermənistan prezidenti yanında keçirilən qapalı iclaslarda bildirilir, lakin tezliklə bütün bunlar hamının eşidə biləcəyi şəkildə açıq-açığına deyiləcək.

Müxalifət konkretləşdirmə aparır

Sarkisyanın cinayətkar dəstəsi təşviş içində vurnuxmaqda ikən, müxalifət qətiyyətlə növbəti mitinqə hazırlaşır. Yeni platformanın hazırlanması üçün məsləhətləşmələr aparılır.
Bütün versiyalara görə, parlament üçlüyünün vahid platforması ilə Ermənistan Milli Məclisinin "İrs” partiyasından olan deputatı Zarui Postancyan çıxış edib.
O, xüsusilə, üçlüyə parlamentdə Ermənistan prezidentinin impiçmenti proseduruna başlamağı, Serj Sarkisyan və Robert Koçaryanın barəsində cinayət təqibinə başlamaq, qanunsuz olaraq özəlləşdirilmiş və ya dolayısı ilə mənimsənilmiş əmlakın dövlətə qaytarılması, siyasi təqiblərə cəlb olunmuş hakimlərin səlahiyyətlərinə xitam verilməsi və onların mühakimə olunması, siyasi qətllər və təqiblərdə iştirak etmiş polis, milli təhlükəsizlik xidməti və ordudakı vəzifəli şəxslərin mühakimə olunması, həmçinin növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini təklif edir.
Tamamilə doğrudur, madam Postancyan. Cinayətkar dəstə öz əməllərinə görə, cavab verməlidir.