ABŞ “İŞİD”-in mövqelərinə daha 14 zərbə endirib





ABŞ-ın döyüş təyyarələri "İŞİD” terror qruplaşmasının Suriyanın Türkiyə sərhədi yaxınlığındakı mövqelərinə daha 14 zərbə endirib. APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə, zərbələrə 19 bina, 2 post və sair mövqelər məruz qalıb.
Məlumata görə, ABŞ Kobani ətrafında əməliyyat sahəsini xeyli genişləndirib.