39 adamı öldürən qatil tutuldu

Onun qurbanlarının əksəriyyəti qadınlardır















Braziliya polisi ölkənin ən əzazil qatilini yaxaladı. Goyanya şəhərində tutulan Tiaqo Henrique Gomes de Rocha, polis sorğusunda cinayətlərini etiraf etdi. Polisin verdiyi məlumata görə De Rocha 3 il ərzində 39 adamı öldürdü. 26 yaşlı qatil, əksəriyyəti qadın olan, evsiz və əkscinslləri hədəf alıb.
Xüsusi təhlükəsizlik işçisi olan De Rochanın cinayətlərinə aid görüntülər də mətbuata yayıldı.
Motosikletiylə gəzərək yolda tək başına gördüyü kəsləri hədəf alan De Rochanın sorğuda son dərəcə soyuqqanlı davrandığı ifadə edildi.
De Rocha tərəfindən öldürülənlərin yaxınları, amansız qatilin tutulmasından məmnundur.
Braziliya polisi, De Rochanın həbs olunmasından sonra intihar etmək istədiyi ancaq uğursuz olduğunu açıqladı.