ABŞ prezidenti köməkçisinin oğulu kokain səbəbi ilə ordudan qovuldu






ABŞ prezidenti Barak Obamanın köməkçisi Joe Bidennin oğulu Hunter Biden, narkotik istifadə etdiyi səbəbiylə Amerika Dəniz Qüvvələri ehtiyatlar vahidindən qovulduğu ortaya çıxdı.
Amerika mediasında yer alan xəbərlərə görə, ABŞ Dəniz Qüvvələri ehtiyatlar vahidində vəzifəli olan Hunter Biden 2013-ci ilin sonlarında üzərində aparılan testlərdə kokain istifadəçisi olduğu və bu ilin fevralında Dəniz Qüvvələri ilə bağlantısının kəsildiyi ifadə edildi.
Hunter Biden, Dəniz Qüvvələrinin qərarına hörmət etdiyini, ancaq hansı səbəbə Dəniz Qüvvələrindən atıldığı mövzusuna toxunmadı. Əsl peşəsi vəkillik olan Hunter Biden, "Ailəmin sevgisi və dəstəyi ilə həyatımı davam etdirəcəyəm" dedi.
Keçən illərdə, Joe Bidenin qızı Ashley Biden də kokain qəbul edərkən kameralara tuş gəlmişdi.