Pentaqon Rusiyanı müharibə ilə hədələyir

Çak Heygelin sözləri ciddi mətləblərdən xəbər verir



Bir müddət öncə, Pentaqon rəhbəri Çak Heygel Rusiya Silahlı Qüvvələri barədə bəyanat verib. O, rəsmi Vaşinqtonun Moskva ilə münaqişəyə hazır olduğunu bildirib. Şübhəsiz ki, Heygelin açıqlaması Kremli təlaşa salıb.

Şimal qonşumuzun narahatlığı ölkənin müdafiə naziri Sergey Şoyqunun məsələyə münasibətində aydınca müşahidə olunur. Nazir söyləyib ki, Pentaqon rəhbərinin bəyanatı ABŞ ordusunun gündəlik konfranslarında Rusiya Ordusu barədə səsləndirdiyi fikirlərdən deyil: "Ç.Heygellə

şəxsən tanışam. Onun söylədiklərindən belə çıxır ki, Pentaqon Rusiya sərhədləri yaxınlığında hərbi əməliyyatlar keçirməyi planlaşdırır”.

Rusiyalı nazirin qənaətini şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, rəsmi Vaşinqton Moskva ilə haqq-hesab etmək qərarına gəlib: "Dünyadakı problemlər getdikcə artır. Həmin fəsadları yaradan Rusiyadır. İndiyə qədər Pentaqon Kremlə hərbi qarşıdurmaya getmək istəmirdi. Lakin Rusiyanın hərbi potensialını araşdırdıqdan sonra anladı ki, Rusiyanı neytrallaşdırmaq çətin deyil. Pentaqon rəhbərinin sözləri ciddi mətləblərdən xəbər verir. İndiyə qədər heç bir ABŞ rəsmisi belə ifadə işlətməyib. Rusiya özünü yığışdırmalıdır. Əks halda, Amerika və müttəfiqlərinin sarsıdıcı zərbələrinə məruz qala bilər”.

Ayyət Əhməd