Poroşenko: “Qaz danışıqları nəticəsiz bitdi”






Milanda Ukraynanın dövlət başçısı Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin arasında baş tutmuş görüşdə tərəflər qaz məsələsi ilə bağlı nəticə əldə edə bilməyiblər.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti P.Poroşenko jurnalistlərə açıqlamasında bildirib.
"Qaz məsələsində nəticə əldə olunmadı. Ümid edirəm ki, oktyabrın 21-də Brüsseldə Ukrayna-Rusiya-Avropa Kommisiyasının nümayəndələrinin görüşünədək bu məsələnin həlli tapılacaq”.