3 pişiyi diri-diri bişirdi





İngiltərənin Birmingem şəhərində bir evə girən oğru, evdəki 3 pişiyi yanar ocaqda bişirdi. Oğru, ev sahibinin çöldə olmasını fürsət bilərərək pəncərənin şüşəsini qıraraq evə girib. 20 yaşlı Omar Hussain, girdiyi evdəki qiymətli əşyaları oğurlamaqla kifayətlənməyib və evdəki 3 bala pişiyi yanar ocaqda bişirərək öldürüb. Hadisə ilə əlaqədar iş başladan polis, hadisə yerində tapdığı barmaq izləri sayəsində cani oğrunu tutub. Həbs olunan Omar Hussain, məhkəmə tərəfindən işlətdiyi cinayət hadisəsinə görə 2 il 6 ay həbs cəzasına məhkum edilib. Somali əslli olduğunu ifadə edən Omar Hussain, 10 ildir İngiltərədə yaşayırdı. Hussain "niyə belə bir cinayət törətdin?” sualını cavabsız buraxıb.