Vəhşilik: Dilənmək üçün dəvələrin ayaqlarını kəsirlər





Çində dilənçilər ağılasığmaz bir üsulla insanlardan pul yığır. Əvvəl dəvələrin ayaqlarını kəsirlər. Sonra da onları dilənmək üçün istifadə edirlər.

İnsanlıqdan uzaq olan bu üsulla pul yığan dilənçilərə qarşı səlahiyyətlilər hərəkətə keçdi. Çinli dilənçilər ayaqlarını kəsdikləri və qanlar içində yerə uzanan dəvələri istifadə edərək insanlardan pul yığır. Dəvələrin ayaqlarından yaralandığını, müalicəsi üçün pula ehtiyacları olduğunu söyləyən dilənçilər dəvələrin qarşısında diz çökmüş halda dayanaraq insanlardan kömək dilənir. Ölkədə bu qorxunc görüntülərin getdikcə artmasından narahat olan səlahiyyətlilər hərəkətə keçərək, xalqı duyğularını istismarı edərək, pul yığan bu kəslərə qarşı xəbərdar edir.