AFFA 1 ilinə 3 milyon dollar vəd edib: Millimiz üçün məşhur baş məşqçiyə təklif göndərildi





 Bosniya və Herseqovina millisinin baş məşqçisi Safet Suşiç Azərbaycandan təklif alıb.
azerifootball.com-un məlumatına görə, iddia edilir ki, AFFA 59 yaşlı mütəxəssisə təklif göndərdib.

AVRO-2016-nın seçmə mərhələsinin Xorvatiya ilə səfər oyunundakı 0:6 hesablı məğlubiyyətin ardından istefa verən Berti Foqtsa əvəzləyici axtaran assosiasiya Suşiçə 1 ilinə 3 milyon dollar maaş vəd edib. Bu rəqəm isə almaniyalının aldığından da çoxdur.

Lakin 59 yaşlı bosniyalı bu təkliflə razılaşmayıb. Suşiç bunu pul haqda düşünməməsi və 5 ildir ki, çalışdırdığı yığmanın inkişafını fikirləşməsi ilə izah edib.

Etnik türk olan Suşiç uzun müddət "Konyaspor", "Ankaraspor", və "Çaykur Rizespor" kimi türk klublarında işləyib. 2009-cu ildən o öz ölkəsinin yığmasına başçılıq edir.