"Bizi kimyəvi silah qurtarar": Suriyalı fenomeni 2.5 milyon adam izlədi






Avstraliyada yaşayan Suriyalı qız internetin yeni fenomenidir. IŞİD-ə, ABŞ liderliyindəki koalisiyaya və Bəşər Əsədə məmləkətini yox etdikləri üçün qızğındır. Maram Susli internet üzərindən etdiyi qeydlərdə reaksiyasını göstərir.
1987-ci ildə Şamda dünyaya gələn 27 yaşlı Susli, Youtub-da 2.5 milyon tamaşaçıya xitab edir və bloqlarında IŞİD-i, Suriyalı müxalifləri və ABŞ-ı tənqid edir. Maram Susli Avstraliyada yaşayır. Kiçik yaşda Suriyadan bu ölkəyə gəldiklərini söyləyən gənc qadın doğulduğu torpaqların bu hala gəlməsinə seyirçi qalmaq istəmədiyi üçün belə bir şey etdiyini bildirir.
Ancaq gənc qadına, Kim Kardaşyana bənzəmək istədiyi və Bəşər Əsədin spikerliyini etdiyi şəklində tənqidlər də yağır. 'Ebola ABŞ-ın bioloji silahımı', ya da 'Bizi kimyəvi silah qurtarar' kimi şərhləri reaksiya çəkdi.
"Siyasət hər vaxt ehtirasım olmuşdur, hətta Suriyadakı döyüşdən çox daha əvvəl belə siyasətlə maraqlanırdım" deyə danışan Suriyalı bloqqer gələn təhdidlərə baxmayaraq mübarizəsini davam etdirəcəyini ifadə edir.