Qaradağda sərnişin avtobusu ağır qəzaya düşdü: xeyli yaralı var

11 nəfər xəstəxanalara yerləşdirilib





Bakıda avtobus qəzası baş verib.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində, Dərin Özüllər Zavodunun qarşısında qeydə alınıb. Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb. Nəticədə xeyli sayda sərnişin xəsarət alıb.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər salan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Hazırda yol polisi hadisə yerində araşdırma aparır.