Bakı-Qazax yolunda dəhşətli qəza: Ölənlər və yaralananlar var





Bakı-Qazax yolunda zəncirvari qəza baş verib, ölənlər və yaralananlar var.
Bu haqda hadisə şahidləri Trend-ə danışıblar.
Bakı-Qazax yolunun 13-cü km-də ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yol qəzası Bakı istiqamətində hərəkətdə olan mikroavtobus və yük maşını da daxil olmaqla, bir neçə avtomobilin iştirakı ilə baş verib.
Ölənlər və xəsarət alanlar olduğu bildirilir.