Qəbələnin 2500 illik yubleyi keçirilsin!




Parlamentin bu gün keçirilən iclasında deputat Tahir Kərimli Qəbələ şəhərinin 2500 illiyinin qeyd olunmasını təklif edib.

"Sherg.az” xəbər verir ki, millət vəkilinin sözlərinə görə, Qəbələ Azərbaycanın qədim şəhəridir: "Bununla bağlı kifayət qədər sənədlər var. Hesab edirəm ki, Qəbələnin 2500 illiyi yüksək səviyyədə qeyd edilməlidir. Həmçinin Şamaxı ilə bağlı da təklifim var. Düşünürəm ki, Azərbaycanın qədim şəhərlərindən olan Şamaxı qoruq-şəhər elan edilməlidir”.

Anar