ABŞ-ın 16 əyalətinin prokuroru Trampa qarşı çıxdı





ABŞ-da çox gərgin günlər yaşanır. İçlərində Kaliforniya, Pensilvanya və Nyu-Yorkun da olduğu 16 əyalətin baş prokurorları, ABŞ prezidenti Donald  Trampun viza qadağasına qarşı ortaq bir etiraz bəyanatı yayıb.

ABŞ və dünyanın gündəmini zəbt edən  Trampun bəzi müsəlman ölkələrə tətbiq etdiyi viza qadağasına böyük bir reaksiya da öz ölkəsindən gəldi. 16 ştatın  baş prokurorları Trampa qarşı ortaq bir bəyanat yayaraq  qadağanı tənqid etdi.

Etiraz  mətinində, "Yaradılan bu xaotik mühitdə mümkün olan ən az sayda insanın zərər görməsi üçün səy göstərməyə davam edəcəyik" deyilir. Sənəddə daha sonra vurğulanır:  'İnanc azadlığı ABŞ-ın sarsılmaz prinsiplərindən biridir və heç bir prezident bu gerçəyi dəyişdirə bilməz".